صدور كتاب عن علاقة المسلم بالقرآن الكريم

“Qurana münasibətimiz necə olmalıdır?” kitabı çapdan çıxmışdır Bu yaxınlarda misirli müəllif, böyük mütəfəkkir M. Qəzalinin “Qurana münasibətimiz necə olmalıdr?” kitabı Azərbaycan dilinə tərcümə olunub nəşr edilmişdir. “ İdrak” İctimai Birliyinin nəşr etdirdiyi bu kitabda Qurana münasibətdə müsəlman zehniyyətinin problemləri və həll yollarından söz açılır. Müəllif kitabda problemin səbəblərini göstərə bilib. Qəzaliyə görə, Qurana münasibət böhranının kökündə bu müqəddəs kitabın həqiqi missiyasının unudulması yatır. Kitabda, həmçinin, Qurana münasibətin formallığından söz açılır, onun təbərrük və ibadət kitabı halına gətirilməsi tənqid olunur, ondakı sosial qanunauyğunluqların öyrənilməsi müsəlmanlardan tələb edilir. Müəllif müsəlmanlara demək istəyir ki, onlar Quranı şüurlu surətdə öyrənib, onu qarelərin oxuduğu “musiqi” kitabından həyatın bütün sahələrinə stimul verən universal kitab halına gətirməlidirlər. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
قام اتحاد "إدارك" الاجتماعي بنشر كتاب بعنوان "كيف يجب أن تكون علاقتنا بالقرآن؟"؛ وهو يتناول المشكلات التي يواجهها المسلمون فيما يتعلق بالقرآن الكريم، وطرق حل هذه المشكلات. واستطاع الكاتب أن يوضح أسباب هذه المشكلات، فيرى أن سبب هذه الأزمة مع القرآن الكريم يكمن في نسيان المهمة الحقيقية لهذا الكتاب المقدس. ويوضح الكتاب - بخلاف ذلك - علاقة المسلم بالقرآن الكريم، وينتقد تحويل المسلمين له لمجرد كتاب للتلاوة، ويطلب من المسلمين أن يتعلموا من التشريعات والقوانين الموجودة في القرآن الكريم والسعي لتطبيقها. الكاتب يريد أن يقول للمسلمين: إنهم يجب أن يتعلموا القرآن الكريم عن وعي، وأن ينظروا له ككتاب عالمي يشجعهم في جميع مجالات الحياة. |
